Əməkdar artist Könül Kərimova Qaxda keçirilən “Qax Günləri” tədbirində duyğulu anlar yaşayıb.

OLAY yazır ki, müğənni 7-ci sinifdə oxuduğu dövrdən bəri görmədiyi rəfiqəsi Gülüşlə illər sonra yenidən qarşılaşıb. Bu görüş zamanı hisslərinə hakim ola bilməyən sənətçi uşaqlıq xatirələrini danışarkən göz yaşlarını saxlaya bilməyib.

Könül Kərimova həmin anları belə xatırlayıb:

“Uşaq vaxtı Gülüş bizim evimizdə kirayədə yaşayırdı. Amma bir şeyi xüsusilə qeyd etmək istəyirəm. Xahiş edirəm, heç kim yanlış başa düşməsin. Biz keyfimizdən kirayə saxlamırdıq. Kasıbçılıq idi. Evimizin yanında balaca bir ev tikmişdik və onu kirayəyə verirdik ki, ailəmizə əlavə gəlir olsun.”

Sənətçi uşaqlıq illərinin çətinliklərindən və həmin dövrə aid unudulmaz xatirələrindən danışarkən kövrəlib, göz yaşlarına hakim ola bilmədi

Könül Kərimova Qaxda illər sonra 7-ci sinif rəfiqəsi ilə görüşdü