Dara “Eurovision Song Contest 2026”nin qalibi olduqdan sonra sosial şəbəkədə Rusiyanın Xalq artisti Filipp Kirkorovun müsabiqədə ifa etdiyi mahnının uğurunda pay sahibi olması ilə bağlı açıqlamasına münasibət bildirib.

OLAY yazır ki, müğənni Kirkorovun onun mahnısının ərsəyə gəlməsində heç bir rolunun olmadığını vurğulasa da, ona mənəvi dəstəyinə görə təşəkkür edib.

Xatırladaq ki, daha əvvəl Filipp Kirkorov qalib mahnının yaradılması prosesində iştirak etdiyini iddia edib.

“Mən bu ‘Dream Team’in formalaşması yolunda iştirak etdiyim üçün xoşbəxtəm. Bu komanda bu gün tarixi vətənimə möhtəşəm bir qələbə qazandırdı” deyə o bildirib.

“Kirkorovun qalibiyyətimizlə heç bir əlaqəsi yoxdur”