Gənc rəssam Kəmalə Cəfərovanın "Yaşamaq da sənətdir" adlı fərdi sərgisi baş tutub.
OLAY yazır ki, sərgidə nümayiş olunan əsərlər yaş, zaman və yaddaş haqqında formalaşmış təsəvvürlərə fərqli yanaşma ortaya qoyur.
Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov nəvəsi, rəssam Kəmalə Cəfərovanın sərgisi ilə bağlı təəssüratlarını bölüşüb.
Gənc rəssam yaradıcılığı və təşkil etdiyi sərgi ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, sərgidə yer alan əsərlərdən biri onun nəvəsi İsgəndərlə Bodrumda dəniz kənarında keçirdiyi vaxtı əks etdirir. Rəhimovun sözlərinə görə, onlar demək olar ki, hər səhər birlikdə sahilboyu gəzintiyə çıxırlar.
"Biz səhərlər Bodrumda dəniz kənarında gəzirik. Bu zaman İsgəndərlə tarix, hüquq və müxtəlif mövzular barədə söhbət edirəm. O da məni dinləyir. Sərgidəki əsərlər arasında mənə ən doğma gələn məhz bu rəsmdir", - deyə o qeyd edib.
Sərginin ideyasından danışan Kəmalə Cəfərova isə qeyd edib ki, onun əsas məqsədi yaşlanma prosesinə fərqli və pozitiv prizmadan yanaşmaqdır.
Rəssamın sözlərinə görə, yaşı artan hər bir insanın özünəməxsus həyat hekayəsi var və o, əsərlərində həmin hekayələri müsbət tərəfdən göstərməyə çalışır. Cəfərova vurğulayıb ki, yaşlanmaq insan həyatının sonu kimi qəbul edilməməlidir.
O bildirib ki, əsərlərinin böyük hissəsində orta yaşdan yuxarı insanlar əsas obraz kimi seçilib və onların həyata münasibəti nikbin şəkildə təqdim olunur.