Məşhur müğənni Ariana Qrandenin İtan Sleyterlə ayrıldıqdan sonra keçmiş sevgilisi Rikki Alvareslə münasibətlərini yenidən bərpa edib.

OLAY yazır ki, cütlük yenidən yaxınlaşıb, lakin münasibətlərinin statusunu hələlik ictimaiyyətə açıqlamağa tələsmir.

33 yaşlı müğənni “Eternal Sunshine” turnesi çərçivəsində sıx qastrol qrafikinə görə hadisələrin tələsik inkişaf etməsini istəmir. Mənbə bildirir ki, Rikki illər ərzində Ariananın ailəsi ilə isti münasibətlərini qoruyub saxlayıb və müğənni bunu yüksək qiymətləndirir. Onun qastrol səfərləri zamanı Arianaya dəstək olmaq istəyi də diqqətdən kənarda qalmır.

Keçmiş sevgilisi ilə barışdı