Kayli Cenner 20 milyon dollar qiymətinə villasını satışa çıxarıb.

OLAY yazır ki, 28 yaşlı fenomen Kayli Cenner Kaliforniyanın Hidden Hills şəhərindəki villasını 20,25 milyon dollar qiymətinə bazarlayıb.

Evdə 8 yataq otağı, 8 hamam, özəl kinoteatr, oyun otağı, kaminli otaq, idman zalı, spa otağı və geniş mətbəxi var.

Ərazidə həmçinin hovuz, yay mətbəxi, tonqal, uşaq oyun evi və 8 maşınlıq qaraj mövcuddur.

Kayli bu villanı 17 yaşında, 2016-cı ilin sonunda 12 milyon dollara alıb və əsaslı təmir etdirib.

Kayli villasını 20 milyona satır