Kayli Cenner daha bir uşaq dünyaya gətirmək istədiyini bildirib.

OLAY yazır ki, hazırda Kayli-nin Timoti Şalame ilə münasibətləri çox yaxşı getdiyinə görə, ehtimal edilir ki, o, məhz onu ata olmağa hazırlayır.

Bununla belə, Cennerin planları o qədər genişdir ki, üçüncü uşaq məsələsi bir qədər gecikə də bilər. Hazırda Kayli bir neçə film ssenarisini nəzərdən keçirir və daha çox filmlərdə çəkilməyi düşünür. Bundan başqa, o, döyüş janrında bir filmdə rol almağı, daha çox səyahət etməyi, uşaqları ilə vaxt keçirməyi, biznesi ilə məşğul olmağı və özünə daha çox vaxt ayırmağı arzuladığını deyib. Maraqlıdır ki, bu siyahıda Timoti-nin adı çəkilməyib. Bəlkə də Kayli sadəcə bunu açıq şəkildə deməkdən çəkinib.

Xatırladaq ki, Kayli Cenner və Timoti Şalame arasında münasibətlər barədə ilk söz-söhbətlər 2023-cü ilin əvvəlində yayılmışdı. O zaman çoxları bu münasibətə inanmır və bunun aktyorun yeni filmi üçün sadəcə PR addımı olduğunu düşünürdü. Lakin üç il keçməsinə baxmayaraq, onlar hələ də birlikdədirlər. Ayrılıq barədə yayılan çoxsaylı şayiələrə baxmayaraq, Cenner və Şalame tez-tez birlikdə ictimaiyyət qarşısına çıxaraq bu iddiaları təkzib edirlər.

Kayli Cenner daha bir uşaq istəyir Kayli Cenner daha bir uşaq istəyir