Avroviziya qalibimiz Nigar Camal builki mahnımızla bağlı açıqlamalar verib.
OLAY yazır ki, sənətçi bu barədə “Mədəni şou”ya danışıb. Nigar təmsilçimiz Cəmilə Həşimovaya uğurlar arzulayıb:
“Çox istərdim ki, Jiva finala keçsin. Ona ən böyük arzum budur ki, bizi layiqincə təmsil etsin. Mahnıyla bağlı heç nə demək istəmirəm. Düşünürəm ki, daha yaxşı ola bilərdi”.
Nigar “Just go” mahnısının süni intellektlı yazılması ilə bağlı suala isə belə reaksiya verib:
“İndiki komandadan hər şey gözləmək olar”.