Şahzadə Uillyam qardaşı Şahzadə Harri ilə münasibətləri geri dönüşsüz şəkildə pozulub.

OLAY yazır ki, buna səbəb Harriyə aid xatirə kitabındakı açıq məzmunlu hissələrdir. Həmin hissələrdə o, qardaşının həyat yoldaşı Keyt Middltonu “soyuq və laqeyd” kimi təsvir edib.

Şahzadə Uillyam özü haqqında tənqidi qəbul edə bilərdi, lakin Keyt Middltona qarşı yönəlmiş ittihamlar onun üçün son damla olub.

Qeyd edək ki, Harri “Ehtiyatda qalan” adlı xatirə kitabında 2018-ci ildə Meqan Markl ilə toyundan əvvəl baş verən bəzi hadisələrdən bəhs edib. Hətta Keyt Middltonun gəlinin rəfiqələrinin paltarlarının toya bir neçə gün qalmış tam dəyişdirilməsini tələb edərək Meqhan Marklı ağlatdığı iddiasını da irəli sürüb.