Moskvanın Presnenski Rayon Məhkəməsi azərbaycanlı bloqer Hüseyn Həsənovla bağlı qiyabi həbs qərarı çıxarıb.
OLAY yazır ki, o, pul vəsaitlərinin leqallaşdırılması işi üzrə 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Həbs cəzasından əlavə, Həsənov barəsində 1 milyon rubl (təxminən 21 min AZN) məbləğində cərimə və iki il ərzində internetdə kontent yerləşdirmə qadağası qərarı çıxarılıb. Bundan başqa, onun “Moskva-Siti”də yerləşən, dəyəri 46 milyon rubl (təxminən 966 min AZN) olan mənzili müsadirə edilib.
İstintaq Həsənovun 170 milyon rubldan (təxminən 3,5 milyon AZN) artıq məbləğdə vergini ödəməkdən yayındığı qənaətinə gəlib.