Sərdar Ortaçın keçmiş xanımı Chloe Loughnan müğənni ilə bağlı açıqlama verib.

OLAY yazır ki, o, jurnalistlərin suallarını  cavablandırarkən Ortaçın maddi sıxıntıları haqda bunları söyləyib:

“Həyatımda dram istəmirəm,-deyə Chloe bildirib. O, həmçinin haqqında çıxan xəbərləri oxumadığını, qeybət etməyi sevmədiyini söyləyib.

Ortaçın keçmiş xanımı onun dedikləri ilə də maraqlanmadığını xüsusi vurğulayıb.

Qeyd edək ki, cütlük 5 il evli olub. Onlar 2019-cu ildə boşanıblar.