Ana olmağa hazırlaşan aktrisa Ləman Mərrih bu barədə sualları cavablandırıb.
OLAY yazır ki, Ləman instaqramda “Ana olmağa hazırsız” sualına bu cavab verib:
“Ana olmağın məsuliyyətini dərk edirəm. Həyata heç vaxt olmadığım qədər möhkəm sarılmaq istəyirəm. Çünki “anasızlıq” hissini yaxşı bilirəm. Daha sağlam, daha güclü, daha həvəsli olmağa başlamışam. Çünki həqiqətən mənə ehtiyac duyan və mənimlə bəslənən bir möcüzəyə sahib olacağam. Buna özümü hazırlayıram. Gerisini uşaq özü bizə öyrədəcək”.
Qeyd edək ki, Ləman rejissor Emil Abdullayevlə evlidir.