Amerikalı professional boksçu Mayk Tayson qatıldığı bir proqramda açıqlamaları ilə diqqət çəkib.

OLAY yazır ki, boksçu həyat yoldaşı ilə Bred Pitti necə öz aldığı maşında birlikdə tutduğundan danışıb. “Biz həyat yoldaşımla boşanmaq üzrə idik. Bir gün evə getdim, amma evdə heç kim yox idi. Sonra həyat yoldaşımı ona hədiyyə etdiyim lüks avtomobildə gördüm. Yanında da bir dostu var idi. O, Bred Pitt idi. Əlbəttə, o vaxtkı Bred Pitt indiki qədər məşhur deyildi. Hətta öz avtomobili də yox idi” deyə Tayson bildirib.

Mayk Tayson sonradan qeyd edib ki, Bred Pitt əslində Robin Jivensi ondan “almayıb”. Sadəcə həmin vaxt onlar boşanma prosesində olsalar da, hüquqi baxımdan hələ də evli olublar.

Qeyd edək ki, Bred Pitt məşhur olmamışdan əvvəl həmin dövrün tanınmış ulduzlarından olan Robin Jivens ilə münasibət yaşayıb. O zaman Jivens boksçu Mayk Tayson ilə boşanmaq üzrə olub, lakin idmançı ilə rəsmi nikahları hələ davam edib.

“Həyat yoldaşımı Bred Pittlə maşında tutdum” “Həyat yoldaşımı Bred Pittlə maşında tutdum”