Repçi Eminemin keçmiş həyat yoldaşı, 51 yaşlı Kim Skott Miçiqandakı evində intihara cəhd edib.

OLAY yazır ki, yaxınlarının zəngindən sonra polis Skottun evinə gəlib. Lakin o, xəstəxanaya aparılmaqdan imtina edib və polis əməkdaşlarından birini dişləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Skottu evinin zirzəmisində yalnız alt paltarında tapıblar. Keçmiş həyat yoldaşı polisi görəndə qışqıraraq: “Evimdən cəhənnəm olun!” deyə bağırıb. Onu xəstəxanaya çatdırmaq üçün polis elektroşok cihazından istifadə edib. Həkimlər ilk tibbi yardımı göstərdikdən sonra Skott saxlanılıb.

Xatırladaq ki, Eminem Kim Skottla 1999-cu ildə evlənsə də, iki il sonra boşanıb. 2006-cı ildə onlar yenidən ailə qurublar və Eminem Kimin əvvəlki münasibətindən olan qızı Stivini övladlığa götürüb. Cütlüyün Heyli adlı ortaq qızı da var.