“Aliye”, “Ezel” və “Medcezir” kimi layihələrlə tamaşaçı qarşısına çıxan türk aktyor Barış Falay karyerası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

OLAY yazır ki, “Ezel” serialında çoxsaylı hərəkətli səhnələrdə rol aldığını xatırladan Falay buna baxmayaraq həmin çəkilişlərdə çətinlik çəkmədiyini bildirib. Aktyor onu ən çox yoran rolun isə 2024-cü ildə final edən “Ömer” serialındakı “Reşat” obrazı olduğunu deyib.

“Ezel”də çoxlu hərəkətli səhnələr çəkdik, amma çətinlik çəkmədim. “Ömer”dəki “Reşat” obrazı fiziki baxımdan məndə ciddi yorğunluq yaratdı. Çünki iki il ərzində müəyyən yaşdan böyük bir insanı canlandırmaq xüsusi duruş tələb edir. Boynun önə əyilir, bel bükülür. Bu, məni fiziki cəhətdən çox yordu. Daha sonra fizioterapiya almaq məcburiyyətində qaldım. Həftənin 5-6 günü, bəzən gündə 12-14 saat həmin vəziyyətdə qalırsınız. Bu da bir müddət sonra duruş problemlərinə səbəb olur” deyə etiraf edib.

“Həmin roldan sonra müalicə aldım”