Amerikalı qadın futbolçu Eşlin Harris keçmiş həyat yoldaşı Ali Kriger ilə ayrılığı barədə səmimi açıqlama verib.

OLAY yazır ki, ABŞ qadın futbol millisinin keçmiş ulduzu yeni müsahibəsində onların evliliyinin dağılmasından danışıb. 40 yaşlı Eşlin “Onunla qurduğum həyata görə heç bir peşmanlığım və incikliyim yoxdur, sadəcə o, mənlik deyildi” deyə bildirib.

Qeyd edək ki, Eşlin həmcinsi Eli Kriger ilə dörd illik evlilikdən sonra 2023-cü ilin sentyabrında boşanmaq üçün müraciət edib. Keçmiş cütlüyün ABŞ qadın milli futbol komandasındakı karyeraları ilə yanaşı iki övladı var: 5 yaşlı qızları Sloan və 3 yaşlı oğulları Okean.

Həmcinsi ilə boşanmasından danışdı: “Mənlik deyil”