Əməkdar artist Lalə Məmmədova ad günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, yeni fotosunu paylaşan Məmmədova 48 yaşının tamam olduğunu vurğulayıb.
Sənətçi paylaşıma Aysel Aydın Əlizadənin şeirini sitat gətirib:
“Heç yarımçıq sevmədim Sevdimsə sevdim.
Yarımçıq dost olmadım
Dostamsa dostam.
Aldatmadım insanı Nəyəmsə buyam.
Güldüm yalançılara qorxaqlara güldüm.
İnsanı yada, doğmaya bölmədim İnsandısa insandı.
Dilinə, dininə ayırmadım kimsəni Dürüstünə saxtasına ayırdım.
Mən qadınam!
Kişi olmağa çalışmadım Kişidisə kişidi
Qadındısa qadın”.