Türk musiqisinin ustad sənətçilərindən İbrahim Tatlısesin səhhət problemləri səbəbilə müalicə prosesi davam edir.
OLAY yazır ki, atasının təxminən bir aydır fizioterapiya müalicəsi aldığını bildirən Ahmet Tatlıses bu barədə açıqlama verib. Ahmet Tatlıses “Bir aydır fizioterapiya görür, heç kim də ziyarətinə getmir. Dar günündə yanında olan dostun da bir yerə qədərdir. Belə “superəm” deməklə olmur” deyə bildirib.
Ahmet Tatlısesin bu sözləri qısa müddətdə maqazin gündəmində geniş əks-səda doğurub.