“Məni harasa tağ edib üstüörtülü mesajlar yazmayın. Kimin mənə sözü varsa, adımı açıq çəksin, cavabını da yerində alsın”.
OLAY yazır ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev instaqramda qeyd edib.
Tolik ad çəkmədən bəzi müğənnilərin ünvanına bunları yazıb:
“Mən heç kimi ideal saymıram və heç kimin qarşısında da hesabat vermirəm. Heç kimi zorla efirə çağırmıram, heç kimin dalınca da düşmürəm. Verilişimə gələnə hörmətim var hər kəs öz səviyyəsinə uyğun qarşılanır. Gəlmək istəməyən də qapını tanıyır. Heç bir müğənni mənə yol göstərməsin. Mən öz işimi çox yaxşı bilirəm. Yanında sevgilisi ilə gəzib özünü “məsləhətçi” kimi təqdim edənlər isə əvvəlcə güzgüyə baxsınlar, sonra danışsınlar. Öz işinizlə məşğul olun”.