Müğənni Elvin Mirzəzadə də Dubayda qalıb.

OLAY yazır ki, tətil üçün ora yollanan Elvin uçuşların ləğv edildiyini bildirib:

“Maraqlanan, nigaran qalan dostlar,doğmalar. Tranzit uçuşla martın 3-ü Bəə-nin Şarja şəhərinə getməliyəm. Məlum məsələlərə görə hava yolları bağlıdı. Açılıb-açılmaması sual altındadır. Ümid edirəm tezliklə atəşkəs baş tutar, içi mən qarışıq bütün xarici ölkələrdə qalan vətəndaşlarımız vətənə dönər. Diqqətiniz üçün minnətdaram”.

“Hava yollarının açılıb-açılmaması sual altındadır”