Evinin pəncərəsindən yıxılaraq həyatını itirən müğənni Güllünün ölümündən sonra yeni iddialar yayılıb.

OLAY yazır ki, Güllünün qızı Tuğyan və rəfiqəsi Sultan Nurun dünən axşam saxlanılması Türkiyə ictimaiyyətində böyük səs-küyə səbəb olub.

Bu hadisənin ardınca psixoloq Esra Ezmecidən şok iddia gəlib.

Ezmeci sosial media paylaşımında “Güllü xanımın çıxan ekspertizanın nəticəsinə görə, omba nahiyəsindən itələnərək aşağı düşdüyü müəyyən edilib” deyə bildirib.