“LMFAO” və “G.R.L.” qruplarının keçmiş solisti Loren Bennett vəfat edib.
OLAY yazır ki, 37 yaşlı müğənni dünyanın bir çox dinləyicisi tərəfindən “Party Rock Anthem” hiti ilə tanınırdı. Onun ölümü barədə məlumatı ailə üzvləri verib. Bennettin ölüm səbəbi və digər təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, musiqi karyerası ərzində Loren bir çox qrupun solisti olub. Onlardan biri də “G.R.L.” idi. Qrup 2014-cü ildə həmin vaxt cəmi 25 yaşı olan üzvün ölümündən sonra fəaliyyətini dayandırıb. Sonralar Loren etiraf edib ki, o və digər qrup üzvləri bu faciəni qəbul edib davam etməkdə çox çətinlik çəkirlər.