Rusiyalı müğənni Alsunun daşınmaz əmlak siyahısı açıqlanıb.

OLAY yazır ki, Alsu uzun müddət Rublyov şossesində yerləşən Usovo kəndindəki dörd mərtəbəli evdə yaşayıb. Malikanənin sahəsi təxminən 3 min kvadratmetrdir. Viktorian üslubunda inşa edilən bina detalları ilə diqqət çəkir: burada sütunlar, gips bəzəkləri, mozaikalar və büllur çilçıraqlar var. Evin dəqiq qiyməti açıqlanmır, lakin Rublyovkadakı oxşar obyektlərin qiyməti yüz milyonlarla rubl təşkil edir.

Toydan sonra Alsu Yan Abramovla birlikdə “Triumf-Palace” yaşayış kompleksinə köçüb. Onların mənzili 57-ci mərtəbədə yerləşir. Bu kompleksdə mənzillərin qiyməti sahədən və mərtəbədən asılı olaraq 160 milyon rubldan başlayır. Alsunun Nikitski bulvarında da mənzili var. Bu mənzil ona valideynləri tərəfindən yetkinlik yaşına çatması münasibətilə hədiyyə edilib.

Londonda Alsunun nüfuzlu Sent-Conz-Vud rayonunda, məşhur “Lord's Cricket Ground” stadionunun yaxınlığında mənzili var. İnteryer viktorian üslubunda hazırlanıb, əsas üstünlüyü isə hər tərəfə mənzərə açan panoramik pəncərələrdir. Mənzilin planlaşdırılmasını müğənni özü hazırlayıb.

Lakin müğənninin ən diqqətçəkən daşınmaz əmlakı Sevastopol yaxınlığındakı Orlovka qəsəbəsində yerləşən rezidensiyadır. Alsunun atası bu mülkü nəvələrinə hədiyyə edib. Ərazidə rahat yaşayış üçün hər cür şərait var: şəxsi çimərlik, körpü, at tövləsi, tennis kortu, helikopter meydançası və hətta məscid.