“FIFA 2026” dünya çempionatının rəsmi himni olacaq mahnı təqdim edilib.

OLAY yazır ki, dünya çempionatının rəsmi mahnısını Şakira ifa edib. Mahnının yazılışında reper Burna Boy da iştirak edib.

Şakira İnstaqram səhifəsində mahnının tizerini yayımlayıb. Müğənni mahnının tam versiyasının mayın 14-də yayımlanacağını bildirib.

Qeyd edək ki, “2026 FIFA World Cup” iyunun 11-də başlayacaq. Turnirin finalı isə iyulun 19-da “MetLife Stadium” arenasında keçiriləcək.