Rusiyalı müğənni Şura (Aleksandr Medvedev) bir vaxtlar pərəstişkarlarının onu görməy üçün qeyri-adi yollara əl atdıqlarından danışıb.
OLAY yazır ki, sənətçi necə bir qızı səhər divanın altından tapdığını danışıb.
“Yuxudan oyandım, gördüm ki, divanın altından göyərmiş bir əl var. Xadimə həmin qızı otağa buraxıb. O, divanın altına girib gizlənib. Əgər həmin əl görünməsəydi, onun artıq orada huşunu itirdiyini, hətta həyatının təhlükədə olduğunu belə anlamayacaqdıq” deyə Şura etiraf edib.
Müğənninin sözlərinə görə, qıza vaxtında yardım göstərilib və onu xilas etmək mümkün olub.