Xalq artisti Eyyub Yaqubov “Gözəl Bakı” adlı yeni mahnısını və ona çəkilən klipini izləyicilərə təqdim edib.

OLAY yazır ki, mahnının musiqisi Gülsüm Eldarovaya, sözləri isə Abbas Məmmədova məxsusdur.

Bakının özünəməxsus ab-havasını və estetik gözəlliyini ön plana çıxaran klipdə paytaxtın ən gözəl və tanınmış məkanları, şəhərin müasir siması ilə yanaşı, tarixi abidələri və dənizkənarı mənzərələri yer alıb.

“Gözəl Bakı” layihəsi Eyyub Yaqubovun yaradıcılığında paytaxta olan sevginin növbəti ifadəsi kimi dəyərləndirilir.

Yeni mahnı və klip artıq rəqəmsal platformalarda izləyicilərin ixtiyarına verilib.