Heyli Biber şəxsi bloqunda həyat yoldaşı Castin Biberlə birlikdə çəkilmiş bir fotonu xüsusi gün münasibətilə izləyiciləri ilə paylaşıb.
OLAY yazır ki, məhz bu gündə, 2018-ci ildə Castin Biber modelə evlilik təklifi edib. “8 il” deyə Heyli paylaşımına nişan üzüyü emojisi əlavə edərək qısa şərh yazıb.
Xatırladaq ki, cütlük 2018-ci ilin sentyabrında Nyu-Yorkda rəsmi nikaha daxil olub. Bir il sonra, 2019-cu ilin sentyabrında isə Cənubi Karolinada daha möhtəşəm toy mərasimi keçiriblər. 2024-cü ilin avqustunda onların ilk övladı – Cek Blyuz dünyaya gəlib.