Xalq artisti Emin Ağalarov yeni mahnısını təqdim edib.
OLAY yazır ki, bu, mart ayında çıxması gözlənilən, əfsanəvi prodüser, 16 qat “Qremmi” mükafatı laureatı Devid Fosterlə birgə çalışdığı ingilisdilli “Maybe Tomorrow” albomundan ilk rəsmi sinqldır.
Albomun trek-listi dünya hitlərinin 12 koverindən ibarətdir. Onların arasında “You Are So Beautiful”, “It’s Impossible”, “Love Story” və tanınan sənətçilərlə duetlər yer alır.
Onların sırasında Amanda Holden, Andrea Corr, Richard Marx və Sheila E var.