Məşhur reper Elşad Xosenin səhhətində ciddi problem yarandığı iddia olunub.
OLAY yazır ki, bu barədə SKNDL MAG məlumat yayıb.
Xosenin bir neçə gün əvvəl Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.
İddialara əsasən, reperin səhhəti hazırda ağır qiymətləndirilir.
Məsələ ilə bağlı hələlik sənətçinin yaxınları və ya rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib.