Müğənni Seda Sayan açıqlamaları ilə növbəti dəfə gündəmə gəlməyi bacarıb.
OLAY yazır ki, müğənni Safiye Soyman ilə illərin rəfiqəsi olduğunu bildirən Seda onun haqqında bunları deyib: “Safiye mənim sirdaşımdır. Safiyenin hər şeyini bilirəm. O da mənim hər şeyimi bilir. Safiyedən heç nə gizlədə bilmərəm. Elə bil məni o dünyaya gətirib. Məni o qədər yaxşı tanıyır. Hətta anamdan da yaxşı tanıyır. Qeybətcildir. Əgər bir şeyin yayılmasını istəyirəmsə, dərhal Safiyeyə deyirəm.”