Türkiyənin məşhur pop ulduzu Edis növbəti Bakı konserti ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi 18 martda baş tutacaq tədbirin posterini izləyicilərlə bölüşərək, “Dünya stadion turu başlasın”, - deyə, qeyd edib.

Xatırladaq ki, Edis “Baku Crystal Hall”da sevənləri qarşısında çıxış edəcək. Konsertin biletləri sabahdan “iticket” platformasında satışa çıxacaq.

Qeyd edək ki, sənətçinin ilk Bakı konserti anşlaqla keçmiş, 2 gün baş tutan şouya 7000 adam qatılmışdı.

Edis dünya turuna Bakıdan başlayır! Edis dünya turuna Bakıdan başlayır! Edis dünya turuna Bakıdan başlayır! Edis dünya turuna Bakıdan başlayır!