12 il əvvəl vəfat edən dünya pop səhnəsinin əfsanəvi ulduzu Uitni Hyustonun anası, ifaçı Sissi Hyuston dünyasını dəyişib. 

OLAY yazır ki, Sissi 91 yaşında ABŞ-ın Nyu-Cersi ştatında hospisdə (ümidsiz xəstələrin qayğı ilə əhatə olunan səhiyyə müəssisəsi - red.) dünyasını dəyişib.

Altsheymer xəstəliyindən əziyyət çəkən Hyuston həyatının son illərini sözügedən sağlamlıq ocağında keçirib.

Qeyd edək ki, Sissi Hyuston iki dəfə “Qremmi” ilə mükafatlandırılıb. Müğəninin qızı Uitni Hyuston 2012-ci ildə, 3 il sonra isə nəvəsi Bobbi Kristina Braun (Uitninin yeganə qızı - red.) dünyasını dəyişib. 

Məşhur müğənninin özündən sonra anası da vəfat etdi Məşhur müğənninin özündən sonra anası da vəfat etdi Məşhur müğənninin özündən sonra anası da vəfat etdi