Əməkdar artist Aqşin Abdullayev növbəti dəfə övladının təhsil aldığı İdrak liseyində baş verən hadisə ilə bağlı danışıb.

OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda video paylaşıb. O, məsələ ilə bağlı bunları söyləyib:

“Təsəvvür edin, yatmışdım, böyük qızım oyandırdı ki, ata, silahlı atışma olub, Akifi tez gətir. Yerimdən durub, corab geyinmədən qaça-qaça çatdım məktəbə. Gördüm valideynlər ağlayırlar, polislər və qurumlardan nümayəndələr var. Direktor yaxınlaşdı ki, qardaş, bu, şayiədir? Dedim, necə şayiə? Belə şayiə olar? Uşağımı götürəndə də polislərdən soruşdum, dedilər, şayiədir. Bəlkə də bizi sakitləşdirmək üçün belə dedilər. Uşağı götürdüm, çıxanda media yaxınlaşdı. Orada uşağa güldüm ki, narahat olmasın. Belə bir məqamda necə gülə bilərəm? Sonradan öyrəndim ki, doğrudan da bir şagird müəlliməni vurub”.