44 yaşlı rusiyalı müğənni Dima Bilan paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, uşaqlığının keçdiyi Pestretsi kəndinə səfəri zamanı sənətçi üçüncü dərəcəli baba olduğunu öyrənib. Gözlənilməz xəbəri uzaq qohumları ilə söhbət zamanı eşidib.
“Burada hər şey var idi: yol, uşaqlıq illərimin keçdiyi doğma yerlər, təsadüfi görüşlər, söhbətlər, gülüş və diqqət… Nəvələrlə tanışlıq. Bəli, bəli. Bu eksklüzivi məhz sizin üçün saxlamışdım. Günün final nöqtəsi isə Müqəddəs Spiridonun ziyarətinə getməyimiz oldu. Və yəqin ki, məhz bu səfər hansısa möcüzəvi şəkildə bütün günü bir araya gətirdi” deyə sənətçi bildirib.