Fenomen Dilan Polatın ailəsində faciə yaşanıb.
OLAY yazır ki, İzmir Alaçatıya tətilə gedən bloger və ailəsinin başına bədbəxt hadisə gəlib. Ailənin mühafizə işlərini görən və yaxın qohumları olan Can Polat güllələnib.
Dilan dərhal video paylaşaraq yardım istəyib, lakin daha sonra paylaşımı silib.
Yayılan iddialara görə C. Polat vəfat edib, bəzi mənbələr isə zərərçəkənin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu yazıb.