Xalq artisti Brilliant Dadaşovanın daha bir mahnısı oğurlanıb.

OLAY yazır ki, bu dəfə sənətçinin Aisellə oxuduğu “Ayrı düşdük” mahnısını gürcü müğənni Keti Xuçişvili oğurlayıb.

Bu barədə Dadaşova özü məlumat yayıb:

“Gürcü müğənnisi musiqimizi oğurlayıb oxuyub. Üstəlik də hər yerdə bizim musiqimizi gürcü mahnısı kimi təqdim edir"