Aktyor Conni Depp səkkiz illik fasilədən sonra yenidən Hollivuda qayıdır.
OLAY yazır ki, internetdə Çarlz Dikkensin eyniadlı əsəri əsasında çəkilən “Ebenezer: A Christmas Story” filminin ilk treyleri yayımlanıb. Filmdə 63 yaşlı aktyor xəsis və deyingən “Ebenezer Skruc” obrazını canlandırır.
Filmin süjetinə görə, Deppin canlandırdığı qəhrəmanı Miladın fövqəltəbii ruhları təqib edir. Filmdə həmçinin İen Makkellen və Rupert Qrint də rol alırlar.