Müğənni Coni (Cahid Hüseynli) aprel ayına qədər bütün konsertlərini təxirə salıb.

OLAY yazır ki, buna səbəb onun səs tellərində yaranan problem olub. 30 yaşlı müğənni növbəti iki həftəyə planlaşdırılan bütün çıxışlardan imtina edib. Onun səs tellərindəki iltihab  27 martda Minskdə keçirilən konsert zamanı daha da pisləşib.

İltihabı azaltmaq və ağrını yüngülləşdirmək üçün Coniyə beş doza adrenalin vurulub. Buna baxmayaraq, o, konserti sona qədər davam etdirib, lakin sonra vəziyyəti xeyli pisləşib.

Hazırda müğənni həkim nəzarətindədir.