Məşhur aktyor Ceykob Elordi xüsusi layihədə iştirak edəcək.
OLAY yazır ki, 29 yaşlı aktyor mərhum Erik Deynin ölümündən sonra nəşr olunacaq “My Book of Days: A Memoir in Moments” (“Günlərimin kitabı: Anlardan ibarət xatirələr”) adlı memuarının audiokitabını səsləndirəcək.
Xatırladaq ki, bu iki aktyor “HBO”nun məşhur “Euphoria” serialının üç mövsümü boyunca Neyt və Kal Ceykobs obrazlarını — ata və oğulu canlandırıblar.