Aktrisa Cennifer Lourens nəhayət İnstaqram hesabı açıb.

OLAY yazır ki, 36 yaşlı “Oskar” mükafatlı aktrisa sosial şəbəkədən illərdir uzaq durduqdan sonra nəhayət İnstaqrama qoşulub.

Cennifer platformada @jlaw istifadəçi adı ilə qeydiyyatdan keçib. O, İnstaqram biosunda bu adı seçməyə məcbur olduğunu bildirib, çünki @jenniferlawrence artıq başqası tərəfindən istifadə olunur.

Cennifer Lourens İnstaqram hesabı açdı