Amerikalı məşhur televiziya siması Kris Cennerin anası Meri Co Kempbell 91 yaşında vəfat edib.

OLAY yazır ki, bu xəbəri 70 yaşlı Kris Cenner şəxsi bloqunda paylaşdığı müraciətlə açıqlayıb: “Bu gün mənim gözəl anam M.C. (MJ) ilə vidalaşdıq” deyə Cenner yazıb.

Kris Cenner anasına həsr etdiyi paylaşımda ailəsi naminə etdiyi fədakarlıqlara, müdrikliyinə və sonsuz sevgisinə görə ona təşəkkür edib. “Gündəlik söhbətlərimiz, sənin təbəssümün və gülüşün üçün çox darıxacağam” deyə o əlavə edib.

Cennerin anası vəfat etdi!