Ancelina Coli ilə ayrıldıqdan sonra övladları ilə münasibətlərini düzəldə bilməyən Bred Pitt bu dəfə ən böyük oğlu Maddoksdan yeni “soyad zərbəsi” alıb.
OLAY yazır ki, 24 yaşlı Maddoks Şivan Coli soyadındakı “Pitt” hissəsini qanuni olaraq çıxarmaq və tam adını “Maddoks Şivan Coli” olaraq dəyişdirmək üçün “şəxsi” səbəbləri əsas gətirib. İndi isə o, anasının soyadını rəsmi şəkildə daimi etmək istəyir.
Coli və Pitt cütlüyünün 20 yaşlı qızı Şilou Coli də ötən il rəsmi olaraq soyadını dəyişib.
Digər qızları Zahara Coli (21) və Vivienn Coli (17) isə qeyri-rəsmi şəkildə “Pitt” soyadından istifadə etməyi dayandırıblar.