Məşhur futbolçu Erlinq Haaland “WSJ” jurnalına verdiyi yeni müsahibəsində yeni saç düzümü ilə bağlı ictimaiyyətin günlərlə davam edən reaksiyalarından danışıb.

OLAY yazır ki, “Mançester Siti”nin futbolçusu bildirib ki, keçmiş futbol ulduzu olan atası Alf-İnge Haaland saçlarını topuz şəklində yığan hücumçuları görməyi xoşlamırmış və bu vəziyyət gənclik illərində onu əsəbiləşdirirmiş. Haaland özü hücumçu olduqdan sonra saçlarını uzatmaq istədiyini, lakin atasının ona ilk növbədə meydanda yaxşı çıxış etməli olduğunu söylədiyini qeyd edib. O, atasının gözlədiyi performansı göstərərək özünü sübut edib.

Haaland uzun illərdir saçlarını uzun saxlayıb. Lakin bu il Dünya Kubokunda meydana çıxması onun saç düzümünün dünya miqyasında daha geniş auditoriya tərəfindən tanınmasına səbəb olub. Buna görə də bütün dünyanın onunla eyniləşdirdiyi uzun saçlarını kəsdirməsi böyük müzakirələrə yol açıb.

“Sözün əsl mənasında, hər şeyim viral oldu” deyən Haaland sözlərinə “Bunun viral olacağını təxmin edirdim. Amma bütün dünyanın dörd-beş gün ərzində saç kəsimimdən danışacağını düşünmürdüm” deyə davam edib.

“Bütün dünyanın saçımdan danışacağını düşünmürdüm”