Müğənni Xatirə İslam aparıcı-prodüser Tarix Əliyevin açıqlaması ilə bağlı paylaşım edib.

OLAY yazır ki,  Xatirə Tolikin o sözləri ona demədiyini bildirib:

“İkiüzlü insan kiməsə ürək qoyan deyil, kiməsə “ikiüzlü” sözünü deyib sonra danandır. Bu sözü mənə demək heç kimin başı üçün deyil. Əminəm ki, o məni deməz. Kim o sözü adımı çəkib üzümə deyə bilirsə, nömrəmi bilir özümə desin. Söylü bacı demişkən adsız dəyirmanda xoruz olur. Tolikin də haqqına girirsiz axı. Heç o mənə deməyib. Gəlin tapaq görək kimi deyib? Mən kimə nə lazımdır, onu qoya bilən adamam. Bir gün ürək qoyaram, bir gün daha maraqlı bir şey... Bunu  bilən bilir, yazmaq artıqdır. Tolikə də az ürək qoymamışam kiminləsə söz-söhbəti olanda... Yəqin məni qısqanıb, Toti deyir ancaq menə ürək qoy...”.

Qeyd edək ki, Tolik müğənni Səidə Sultanın postuna ürək emojisi qoyan müğnniyə “İkiüzlü” demiş, sözügedən şəxsin Xatirə olduğu ehtimal edilmişdi.

“Bu sözü mənə demək heç kimin başı üçün deyil”