Türk müğənni Tarkan bu dəfə imic dəyişikliyi ilə gündəmə gəlib.
OLAY yazır ki, “Megastar” saçlarını xeyli qısaldaraq yeni görünüşünü sosial şəbəkə hesabında paylaşıb. Yeni görünüşünü izləyiciləri ilə bölüşən Tarkan izləyicilərinə “Bu arada konsertdə səhnədən enən kimi kulisdə yay üçün saçlarımı qısa kəsdirdim. Necə olub? Bəyəndiniz?” sualını verib.