Supermodel Bella Hadid Britni Spirsin əfsanəvi üslubuna ehtiram göstərərək müğənninin 2001-ci ildə “MTV Video Music Awards” mükafatlandırma mərasimində nümayiş etdirdiyi cəsarətli obrazını yenidən yaradıb.
OLAY yazır ki, supermodel bu iddialı geyimdə Los-Ancelesdə keçirilən “Victoria’s Secret” moda nümayişindən sonrakı əyləncədə görünüb.
Bella gecə üçün uzunqollu, hündür yaxalı, tünd göy rəngli, yarımşəffaf krujevalı mini don seçib. Parçanın altından görünən qara büstqalter və tanga isə onun obrazına daha cəsarətli və cazibədar görünüş verib.