Müğənni Britni Spirs sosial şəbəkədəki yeni paylaşımı pərəstişkarlarının diqqətini çəkib.

OLAY yazır ki, müğənninin paylaşımı ailəsində yeni bir üzvün dünyaya gələcəyinə işarə kimi qiymətləndirilib. O, əvvəlcə uşaq geyimlərinin fotosunu, daha sonra isə oğullarından biri ilə çəkilmiş arxiv şəklini paylaşıb.

Sənətçi paylaşımına əlavə etdiyi qeydlə izləyicilərinin marağına səbəb olub. Bir çoxları bunu ailədə yaxın zamanda körpənin dünyaya gələcəyinə işarə kimi qəbul edib.

“Əgər bəxtiniz gətirsə, sizi tanış etmək istədiyim inanılmaz dərəcədə gözəl biri var... Ümid edirəm ki, bu il ən gözəl şeyləri görəcəksiniz... Qoy hər şey öz axarı ilə getsin... Hər şey səssizlikdə başlayır” deyə Spirs yazıb.

Britni Spirs nənə olur! Britni Spirs nənə olur!