Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsindən azad edilən Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin yeni işi bəlli olub.
OLAY-ın əldə etdiyi məlumata görə, Ə. Hacıyev Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimlinin digər əmri ilə Rus Dram Teatrına Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.
Onu da xatırladaq ki, Ə. Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır.