Türk aktyor Uraz Kaygılaroğlu keçmiş həyat yoldaşı Melis İşiten və qızları Ada Kaygılaroğlu ilə birlikdə Qurban bayramında tətilə çıxıb.

OLAY yazır ki, keçmiş həyat yoldaşları zaman-zaman qızları ilə birlikdə tətilə gedərək bir araya gəlirlər.

Qeyd edək ki, Uraz Kaygılaroğlu həmkarı Melis İşiten ilə 2014-cü ildə ailə qurub, 2016-cı ildə isə Ada adını verdikləri qızlarını qucaqlarına alıblar.
Lakin cütlük 2019-cu ildə 5 illik evliliklərinə son qoyub. Boşanmadan sonra isə əlaqələrini qoruyaraq dost münasibəti saxlayıblar.

Boşansalar da, birlikdə tətilə çıxdılar Boşansalar da, birlikdə tətilə çıxdılar