Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri açıqlanıb.
OLAY yazır ki, bu barədə DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında qeyd olunub.
Belə ki, V ixtisas qrupu üzrə Məşqçilik ixtisası üçün minimum 70 bal, İnstrumental ifaçılıq, Vokal sənəti, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq, Populyar musiqi və caz ifaçılığı, Operator sənəti üzrə minimum 60 bal, Xoreoqrafiya sənəti üzrə minimum 50 bal toplamaq tələb edilir.
Qabiliyyət imtahanının yekun nəticəsi isə 6 baldır.