ABŞ Prezidenti Donald Tramp oğlunun toyunda iştirak edib-etməyəcəyini təsdiqləməyib.
OLAY yazır ki, jurnalistlər Trampdan oğlu Donald Tramp və Bettina Andersonun Baham adalarında keçiriləcək toy mərasiminə qatılıb-qatılmayacağını soruşublar. O isə cavabında tədbirdə iştirak etmək üçün həddindən artıq məşğul ola biləcəyini bildirib.